Məktəb-liseydə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Məktəb-liseydə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Məktəbin müəllimlərii İlahə Süleymanlı və Şəhla Əliyevanın birlikdə təşkil etdiyi anım mərasimində şagirdlərin ifasında 20 Yanvar faciəsindən bəhs edən ədəbi- bədii, musiqili kompozisiyalar nümayiş olunub.Tədbir iştirakçıları o gecənin buraxdığı izlərdən, qısa ömürlərini şərəfli ölümlə taclandıran şəhidlərimiz sayəsində qazanılan müstəqilliyimizdən, alınan qisaslardan danışıblar. Şəhid Ülvi Bünyadzadənin xalası, məktəbimizin kimya müəllimi Nəzakət Hacıyeva da Ülvinin qısa, lakin şərəfli ömür yolundan bəhs edərək, öz duyğularını dilə gətirib. Sonda məktəbin direktoru Könül Məmmədli çıxış edərək 20 Yanvar şəhidlərinin cızdığı yoldan, bu yolda qazanılan qələbələrdən söz açıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi