Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələrinə həsr olunmuş növbəti xüsusi dərs məktəb-liseyin təsviri incəsənət müəllimi Məmmədova Zərəfşan tərəfindən 7e sinifində təşkil olunub.

İlk olaraq canı və qanı bahasına azadlıq toxumu səpən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər öz növbəsində hazırladıqları rəsm işləri ilə çıxış edib, onlar haqqında məlumatlar veriblər.Sonda Zərəfşan Məmmədova 1990-cı il 20 Yanvar faciəsinin xalqımızın müstəqillik, istiqlal və hüriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi olduğunu bildirib. Bu önəmli tarixi yaşatmaq, onun əhəmiyyətini anlayıb gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. Şəhidlik zirvəsinə ucalan qəhrəmanları heç vaxt unutmamalı və unutdurmamalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi