1c sinfində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.

Sinif rəhbəri Şahbazova Qənirə şagirdlərə xalqımızın qanlı və şanlı tarixi haqqında məlumat verib. Milli müstəqillik uğrunda mübarizəmizin, möhkəm iradəmizin rəmzinə çevrilən Qanlı Yanvar gecəsinin qurbanlarının - şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.Q. Şahbazova bildirib ki, Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açıb.Şagirdlər şanlı tariximizə həsr olunmuş şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi