20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş silsilə sinif saatları təşkil olunub.

Məktəb -liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Heydərova Zenfiranın təşkilatçılığı ilə 7d və 8b siniflərində tarixi gün şagirdlərlə birgə yad edilib. Şagirdlərə faciənin tarixi barədə məlumat verilib, hazırladıqları təqdimatlar nümayiş etdirilib, qanlı gecənin qurbanlarına həsr olunmuş şeirlər söylənilib. Z.Heydərova bildirib ki, bu vəhşilik yalnız Azərbaycan xalqına yox, ümumbəşəri dəyərlərə qarşı törədilən ağır cinayətdir. Bunu Ulu Öndər Heydər Əliyev bütün dünyaya bildirsə də, biz də qan yaddaşımızı unutmamaq, gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik. Hər birimizin borcu bu qəhrəmanlıq salnaməsinin müəlliflərini, yəni, şəhidlərimizi yad etməkdir. Minlərlə qəhrəmanlarımız var ki, gələcək gənclərimiz üçün vətənpərvərlik nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi