“20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri” adlı sinif saatı keçirilib

Məktəb-liseyin texnologiya müəllimi Aygün Tağıyeva rəhbəri olduğu 7c sinfi ilə kitabxanada 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri” adlı sinif saatı keçirib. Sinif saatı himnimizin oxunması və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aygün Tağıyeva şagirdlərə bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə məlumat verib, bildirib ki, bu həm də şanlı tariximizdir, istiqlal mücadiləmizin başlanğıcıdır.Həmçinin sinif saatında iştirak edən kitabxana müdiri Narın Məmmədova və UBTR İlhamə Mahmudova da 20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsinin sarsılmazlığının göstəricisi olduğunu bildirib.Sonda şagirdlər hazırladıqları təqdimat və şeirləri nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi