“Yollarda təhlükəsiz davranışı öyrənək” adlı intellektual yarış

Noyabrın 27-də Heydər Əliyev Mərkəzində “Yollarda təhlükəsiz davranışı öyrənək” şüarı altında intellektual yarış keçirilib.Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yarışın məqsədi müxtəlif yaş qruplarından olan yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsi və nəqliyyat vasitələri ilə tanışlığının təmin edilməsidir.İntellektual yarışda Bakı şəhərindəki 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Məktəb-liseyi bu yarışda 7-ci sinif şagirdləri təmsil edib.Üç turdan ibarət yarışda yol hərəkəti qaydaları, avtomobillərin tarixi, nəqliyyat vasitələri, piyadalar və velosipedçilər, avtomobillərin quruluşu və təchizatı, işıqforlar, yol nişanları, yol hərəkəti qaydaları və digər mövzular üzrə 36 sual səsləndirilib. Komandamız bu yarışda 6-cı yeri tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi