VIII sinif şagirdlərinin valideynləri ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirici görüş keçirib

Məktəb - liseyin psixoloqu Fərəh Kamilova, Uşaq birliyi rəhbəri İlhamə Mahmudova, tibb işçisi Aytən Məmmədova tərəfindən VIII sinif şagirdlərinin valideynləri ilə sağlam həyat tərzi və reproduktiv sağlamlıq haqqında maarifləndirici görüş keçirib. Tədbirin əsas məqsədi valideynlərə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, cinsi inkişaf, bu dövrdə uşaqların qarşılaşdıqları problemlər, valideyn-övlad münasibətləri, zərərli vərdiṣlərə aludə olmaq təhlükəsindən şagirdləri qorumaq yolları, sağlam həyat tərzi, gigiyena qaydaları haqqında maarifləndirmək idi.Tədbirdə valideynlərlə səmimi müzakirələr aparılıb, sonda isə psixoloq tərəfindən valideynlərin sualları cavablandırılıb və tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi