"İdmansevərlər" layihəsinin Tədbirlər planına əsasən 261 nömrəli məktəb-liseydə müxtəlif idman növləri üzrə nailiyyətləri olan sagirdlərlə görüş keçirilib

Təhsilalanların fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançıların tanıdılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən "İdmansevərlər" layihəsinin Tədbirlər planına əsasən 261 nömrəli məktəb-liseydə müxtəlif idman növləri üzrə nailiyyətləri olan sagirdlərlə görüş keçirilib. Görüşdə şagirdlər idman sahəsində qazandığı nailiyyətlərindən danışıblar. Qazandıqları medal və təltifnamələri göstərərək öz uğur tarixçələrindən olan xoş xatirələri yoldaşları ilə bölüşüblər. Məktəb-liseyin fiziki tərbiyə müəllimi Valeh Əsədov "Milli idman növlərinin tarixi" barədə şagirdlərə ətraflı məlumatlar verib, bununla bağlı maarifləndirici videoçarxlar nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi