VIII-XI sinif şagirdləri arasında keçirilən "Düşünən şagird" layihəsinə 261 nömrəli məktəb-lisey də qoşulub

Şagirdlərin dünyagörüşünün formalaşması, yaradıcı təfəkkürünün inkişafı, müstəqil düşüncə və yazı bacarıqlarının təkmilləşməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilən "Düşünən şagird" layihəsinə 261 nömrəli məktəb-lisey də qoşulub. Müsabiqə çərçivəsində hazırlanmış müxtəlif məzmunlu giriş mətnləri ilə tanış olan şagirdlər onlardan birini seçərək müsabiqənin şərtlərinə uyğun öz hekayələrini yaradıblar. Sonda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən yazı işlərinə baxış təşkil olunub, qiymətləndirmə meyarlarına uyğun məktəb mərhələsi üzrə ən yaxşı bir neçə iş müəyyənləşdirilib. Hekayələr müsabiqənin şəhər mərhələsinə təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi