“Kiçik məktəblilərin psixoloji çətinlikləri ” haqqında maarifləndirici görüş keçirilib

Məktəb-liseyin psixoloqları Məhərrəmova Aygün və Kamilova Fərəh tərəfindən 21.10.2022 – ci il tarixində ibtidai sinif şagirdlərinin valideynləri ilə “ Kiçik məktəblilərin yaş xüsusiyyətləri ” və “Kiçik məktəblilərin psixoloji çətinlikləri ” haqqında maarifləndirici görüş keçirilib. Görüşdə məktəb liseyin direktoru Məmmədli Könül, təlim-tərbiyə işləri üzrə direktor müavini Uğurliyeva Nərmin, təşkilatçı müavin Məmmədova Lamiyə  və valideynlər iştirak ediblər. Görüşün keçirilməsində əsas məqsəd  ibtidai sinif şagirdlərinin valideynləri ilə  məktəbdə və ailədə qarşılaşdığı bir sıra psixoloji çətinliklər və onların aradan qaldırılması üçün maarifləndirici və profilaktik söhbətlər aparmaq, onlara müvafiq tövsiyələr vermək idi.Öncə məktəb-liseyin direktoru Könül Məmmədli çıxış edərək,  məktəb-valideyn-şagird münasibətləri haqqında, bu münasibətlərin düzgün qurulmasının şagirdlərin düzgün inkişafına səbəb olması barədə danışıb. Daha sonra məktəb psixoloqları tərəfindən  ibtidai sinif şagirdlərinin idrak və kommunikativ inkişaf səviyyələrinin diaqnostikasının nəticələrinin statistik təhlili göstərilib. Məktəbə adaptasiya ola bilməyən, davranış pozuntusu olan, hiperaktiv, psixi inkişaf ləngiməsi olan, mutizm və digər problem yaşayan şagirdlərin psixi inkişaf xüsusiyyətləri, bu problemlərin aradan qaldırılması yolları izah edilib.Görüşdə  valideyn-övlad münasibətlərinə, valideyn-övlad münasibətlərində tərbiyə metodlarına da toxunulub.Sonda valideynlərin sualları cavablandırılaraq tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi