“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin məktəb turu

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz şuşa, sən azadsan!” mövzusunda kompüter əsaslı inşa müsabiqəsinə start verilib. İlkin mərhələ məktəbdaxili mərhələ olduğu üçün 261 nömrəli məktəbin şagirdləri də bu müsabiqəyə həvəslə qoşulmuşlar. 05.10.2022-ci il tarixdə məktəbin IXXI sinif şagirdləri birinci mərhələni qazanmaq uğrunda öz yaradıcı bacarıqlarını nümayiş etdirmək üçün kompüter arxasına keçmiş, onlara ayrılan saat çərçivəsində inşa yazmışlar. Daha sonra yazı işləri dil-ədəbiyyat müəllimləri tərəfindən yoxlanılmışdır. IX sinif şagirdi Mehdizadə Jalə Ceyhun qızının inşası ən yaxşı yazı işi kimi qiymətləndirilərək müsabiqənin şəhər mərhələsinə vəsiqə qazanmış və qeydiyyatdan keçmişdir. Növbəti mərhələdə fərqlənməsi üçün şagirdimizə məktəb adından uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi