261 nömrəli məktəb-liseydə “ Ulu Öndərə ehtiramla” adlı sərgi

261 nömrəli nömrəli məktəb-liseyin foyesində  Azərbaycanın görkəmli siyasi xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu öndərə ehtiramla” adlı foto-rəsm  və kitab sərgisi təşkil olunmuşdur. Məktəb-liseyin şagird və müəllim kollektivi müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan sərgini yüksək qiymətləndirib, Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki əvəzsiz xidmətlərindən bəhs edən kitablarla tanış olmuşlar. Sərgidə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadı, elmi, mədəni həyatındakı hadisələri əks etdirən 99 ədəd kitab və digər nəşrlər də yer almışdır. .Sərgidə müstəqilliyimizin ilk illəri hakimiyyətə gəlişi ilə xalqımızın köməyinə çatan ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında və ölkənin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən şagirdlər tərəfindən yazılmış 99 ədəd inşa yazı dəftərəri, məktəbin kiçik rəssamlarının dahi rəhbərə olan sevgilərinin əks etdirən rəsm və əl işləri, şagirdlər tərəfindən hazırlanan divar qəzetləri, albom və referatlar hazırlanmış, 99 şagird arasında şeir müsabiqəsi və şahmat yarışı keçirilmiş, qaliblər müəyyənləşdirilmişdi. Məktəb-liseyin direktoru A.H.Əsədov sərginin  şagird bvə müəllimlərin ulu öndərə olan ehtiramın xüsusi göstəricisi olduğunu qeyd etmişdir..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi