Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir

7 may 2022-ci il tarixində 261 nömrəli məktəb-liseydə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.  Tədbirdə Dövlət himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin  direktoru Abuzər Əsədov tədbiri açıq elan edərək Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirmişdir. “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda çıxış edən  məktəb direktoru dahi şəxsiyyət Heydər Əliyevin ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan da  danışıb.Tədbirdə çıxış edən tarix müəllimi Vəliyeva Aişən “Heydər Əliyev Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən danışdı.  Məktəb-liseyin digər tarixi müəllimi  Nərmin Ramazanova Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edib. Z.Əliyevanın göstərdiyi misilsiz xidmətləri vurğulayan tarix müəllimi xalqımızın yaddaşında əbədi iz qoymağı bacaran görkəmli alimi vəfalı ömür-gün yoldaşı, fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı, qayğıkeş həkim, nəcib və insanpərvər Azərbaycan qadını kimi təsvir edib. Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi məktəbin 10c sinif şagirdi Nəsirzadə Şəhlanın təqdimatının nümayişi oldu. Eyni zamanda məktəb şagirdlərinin şeirləri dinlənildi, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film də nümayiş etdirildi.Tədbir pedaqoji kollektiv tərəfindən maraqla qarşılandı

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi