İdmanda uğur qazanan şagirdlərimiz

Xətai rayonu 261№-li məktəb-liseyin VI sinif şagirdi Qayıbova Laçın və V sinif şagirdi Nəbiyeva Zeynəb 28-29 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının  Milli Qəhrəmanı tankçı A.Aqarunovun 50 illik yubileyinə həsr olunmuş Beynəlxalq Karate turnirində 3-cü yeri tutduqlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Karate Federasiyası tərəfindən diplomla təltif olunmuşdular.Bundan əlavə V sinif şagirdi Hacıyev Zəka 28 sentyabr 2019-cu ildə cüdo üzrə “Əhmədli” İ.K- nun açıq birinciliyində 1-ci yerə, Ağayeva  Ayan 21-22 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Tahir Həsənovun xatirəsinə  həsr olunmuş məktəblilər arasında taekvondo üzrə açıq turnirdə 3-cü yeri tutduğuna görə Azərbaycan Respublikası Taekvondo Federasiyası tərəfindən diplomla təltif olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi