Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar 4c sinifi ilə tədbir keçirdi

Ilqar Cəfərov adına 260 nömrəli məktəbin kitabxana müdüri Muradova Validə müəllim 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar 4c sinifi ilə tədbir keçirdi. Validə müəllimə həmin günlə bağlı məlumatları şagirdlərə çatdırdı. Və şagirdlərlə kitabxanadan götürdükləri onlara xoş olan kitablar haqqında danışdılar. Daha sonra şagirdlər kitab haqqında şeirlərini və aforizmləri səsləndirdilər. Həmçinin şagirdlərin nağıl qəhrəmanlarının əks olunduğu rəsm əsərləri nümayiş olundu. Həmin sinfin ən fəal həmçinin kitabxana qaydalarına düzgün riayət etməsinə görə seçilən şagirdi Əzizli Zəhra Validə müəllimə tərəfindən Kitabxananın fəal oxucu statusu ilə təltif olundu. Və ona kiçik bir hədiyyə bağışlandı. Bu təşəkkürnamə digər şagirdlərdə rəqabət hissini, həmçinin mütaliəyə həvəsi artıracağını düşünürük. Və ən sonda həmin sinfin sinif rəhbəri Sevda müəllimə də öz çıxışını etdi. Uşaqları uşaq ədəbiyyatından istifadə etməyə səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi