Aprel döyüşləri ilə bağlı dəyirmi masa təşkil olundu

05.04.2024-cü il tarixində Xətai rayonu İ.Cəfərov adına 260 nömrəli məktəbdə rəhbərliyin iştirakı ilə 8c sinifində Aprel döyüşləri ilə bağlı dəyirmi masa təşkil olundu.İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi ,və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tarix müəllimi Muradova Xalidə çıxış edərək Aprel döyüşləri haqqında məlumat verərək bildirdi ki, 4 günlük müharibə Böük Zəfərin başlangıcı oldu.Döyüşlər nəticəsində çox əhəmiyyətli Talış,Lələtəpə yüksəklikləri azad edildi. Bu qələbədə Azırbaycan ordusu misilsiz qəhrəmanlıq göstərdi. Şagirdlər İlqar Mirzəyev,Raquf Orucov,Pəncəli Teymurov,Şükür Həmidov,Samid İmanov və digər qəhrəmanlarımız haqqında təqdimatlarla çıxış etdilər,şeirlər söylədilər.Döyüşlər haqqında video çarxlar nümayiş olundu.Şagirdlər həmçinin vətənpərlik mahnısı oxudular.Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi