Ümumdünya Mülki Müdafiə Günü

Martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur.Bu məqsəd ilə İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirildi.Tədbirdə məktəb mülkü müdafiə komisiyasının rəhbəri Sevil Abdurahmanova, məktəb rəhbərliyi, mülkü müdafiə komisiyasının üzvləri iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə olunmaq üçün görülən tədbirlərlə bağlı şagirdlərin maarifləndirilməsinin təmin edilməsi,onların diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.

Unutmayaq ki, mülki müdafiə ümumxalq işidir, mülki müdafiə ilə bağlı bilik və bacarıqlar öyrədilməli, hər kəs zəruri davranış qaydaları ilə bacarıqlara mükəmməl yiyələnməlidir: bunun əsası isə məktəbdən başlanır.

Tədbirdə şagirdlərin hazırladıqları mövzu ilə bağlı səhnələr, videoçarxlar nümayiş etdirilmiş, onları maraqlandıran suallara cavab verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi