Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib

26.02.2024 tarixdə İ.Cəfərov adına tam orta məktəbdə BŞTİ-nin təlimatına uyğun olaraq və məktəbin fəaliyyət planına əsasən Xocalı soyqırımının 32-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlanıldı.Faciədə Şəhid olmuş xalqımızın igid oğul və qızlarının xatirəsi bir dəqiqə sükutla yad edildi.Tədbirdə məktəb rəhbərliyi,müəllim və şagirdlər iştirak etdi.Tədbirdə məktəbin direktoru Quliyeva Kəmalə çıxış edərək bildirdi ki,Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə , zalım düşmənlərin zorakılığına ,amansız hücümlarına məruz qalmışdır. Lakin yenilməz qüvvə ilə həmişə ayağa durmağı bacaran bu xalq amansız hücümlara sinə gəlmiş ,öz milli mənliyini qoruyub saxlamağı bacarmışdır. Məktəb rəhbəri onu da qeyd etmişdir ki, cənab Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Xocalı və digər Şəhidlərimizin qanı yerdə qalmadı,onların intiqamı alındı,torpaqlarımız azad olundu.İndi o azad torpaqlarda azad ruhlar dolaşır .

Tədbirdə şagirdlərin hazırladıqları Xocalı sakinlərinin başına gətirilən müsibətləri əks etdirən səhnələri, şeirləri, musiqiləri nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi