Valideynlərlə görüş keçirilib

23.02.2024-cü il tarixində İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə məktəbin illik Fəaliyyət Planına uyğun olaraq valideynlərin məktəbə və pedaqoji prosesə münasibətinin öyrənilməsi, valideyn məsuliyyətinin artırılması, eləcə də təhsil prosesinə valideynlərin cəlb edilməsi və ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi, təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsi məqsədilə məktəbin V-XI sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi.Görüşdə məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə danışdı.Direktor müavini Sevil Abdurahmanova,məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Pərvanə Hüseynova neqativ halların aradan qaldırılması üçün öz tövsiyələrini verdilər. Valideynləri maraqlandıran suallar cavablandırıldı.Akt zalında məktəb rəhbərliyi ilə söhbətdən sonra siniflər üzrə sinif rəhbərləri ilə sinifdaxili valideyn iclası davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi