Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır

20.02.2024-cü il tarixində İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbin 2b sinif rəhbəri Məmmədova Tünzalə müəllimin təşkilatçılığı ilə təşkilat saatı keçirildi. Təşkilat saatı 21FEVRAL ANA DİLİ gününə həsr olunmuşdu.Müəllim şagirdlərinə bildirdi ki,dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişlənməsində,mükkəməl təhsil almasında,öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.Ana dili millətin özünə məxsusluğunu qorumaqla yanaşı,tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,onlarla ünsiyyət qurmağa imkan yaradır.Şagirdlər dil haqqında şeirlər söylədilər ,məlumatlar öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi