Dil varsa, dövlət var, xalq var, biz varıq!

21.02. 2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi10b sinf rəhbəri Şirəliyeva Gülanə Beynəlxalq Ana dili Günü ilə bağlı təşkilat saatı keçirmişdir. Təşkilat saatında Təşkilat üzrə direktor müavini Hüseynova Pərvanə və Uşaq birliyi rəhbəri Hacıyeva Təranə iştirak etmiş, dilimizin dəyəri , varlığımızda önəmli rolu barədə öz fikirlərini bildirmiş, yanaşmalarını təqdim etmişlər. Sinif rəhbəri Gülanə müəllim çıxış edərək dilimizin tarixi haqqında məlumat vermiş, bu bilikləri video məlumatlarla daha da zənginləşdirmişdir. Şagirdlərin nəzərinə çatdırılmışdır ki, onların əsl vətənpərvər kimi əsas vəzifələrindən biri dilimizi qorumaq , ona sahib çıxmaq və saf halda gələcək nəsillərə ötürməkdir . Çünki “ Dil varsa, dövlət var, xalq var, biz varıq”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi