“Dilimiz tariximizdir” adlı tədbir keçirib

20.02.2024-cü il tarixində İ.Cəfərov adına 260. nömrəli tam orta məktəbin akt zalında məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Pərvanə Hüseynova, Azərbaycan dili və ədəbiyyat müəllimləri - Fərzəliyeva Xuraman , Həsənova Yeganə , Hüseynova Şahanə müəllimin birgə əməyi nəticəsində fərqli siniflərdə olan şagirdlərin Beynəlxalq Ana dili Günü ilə bağlı müxtəlif nömrələrdən ibarət - “Dilimiz tariximizdir” adlı tədbiri təşkil olunmuşdur. Şagirdlər öz rəqsləri, musiqi , şeir ifaları və dilimizin mahiyyətini, tarixini , varlığının əhəmiyyətini əks etdirən slaydlarl nümayiş etdirmişdirlər . Tədbirdə məktəb rəhbərliyi iştirak etmiş, şagirdlərin dil haqqında biliklərinə, dil mövzusuna uyğun seçilmiş kompozisiyalara tamaşa etmişlər. Məktəbin direktoru Quliyeva Kəmalə çıxış edərək şagirdlərə dilimizə sevgi ilə yanaşmağı , yad dillərin milli dəyərimizə təsirini dilə gətirmiş , şagirdlərin bu təsiri azaltmasını ,dilimizi göz bəbəyi kimi qorumasını və inkişaf etdirməsini onlara tövsiyə edib. Çünki bu dilin , bu xalqın mövcudluğu üçün neçə- neçə oğul və qızlarımız öz canlarından keçiblər. Bizə də bu ənənəni qoruyub gələcək nəsillərə çatdırmaq düşər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi