"Ana dilimizi qoruyaq, inkişaf etdirək və yaşadaq" adlı təşkilat saatı

2 "A" sinfində "Beynəlxalq Ana Dili Günü" nə həsr olunmuş "Ana dilimizi qoruyaq, inkişaf etdirək və yaşadaq" adlı təşkilat saatı keçirildi.

Sinif rəhbəri Orduyeva Vüsalə şagirdlərə bildirdi ki, milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda ilk növbədə ana dilimiz yada düşür.Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Daha sonra şagirdlər dilimizdə işlənən başqa xalqların sözlərinin ana dilimizdə olan mənalarını qeyd edib, səsləndirdilər.

Sonda müəllim qeyd etdi ki, hər bir azərbaycanlı öz ana dilini bilməli, bu dildə səlis danışmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi