Taekvondo üzrə qalibBakı Şəhər Gənclər və İdman Baş İdarəsi Xəzər rayon Taekvando üzrə Beynəlxalq turnirdə III yerə , 18 oktyabr " Müstəqillik günü" nə həsr olunmuş Taekvando üzrə Şəmkir rayon açıq birinciliyində II yerə layiq görüldüyünə görə məktəbimizin VI sinif şagirdi İsmayıllı Ayxan diplomlarla və medallarla təltif olunmuşdur.
Yüngül atletikanın qaçış növünün qalibləriXəzər rayon məktəbləri arasında yüngül atletikanın qaçış növü üzrə "Məktəblər arasında Respublika Çempionatı" keçirilmişdir. İştirak edən komandalar verilən təlimatlara uyğun yarışmış, nəticədə 26 saylı tam orta məktəbin şagirdləri I yeri qazanmışdılar. Qələbə qazanmış şagirdlər diplomlarla mükafatlandırılmışdır.
Stolüstü-tennis yarışmasının qalibləriŞagirdlərimiz Respublika Çempionatının Stolüstü-tennis üzrə Xəzər rayon mərhələsində komandamiz üçüncü yeri qazanmışdır.