Tağıyev İftixar Aslan oğlu 1967 - ci ildə Buzovnada dünyaya gəlmişdir. 1985 - ci ildə 26 saylı məktəbi başa vurmuşdur. 1988 - ci ildə hərbi xidməti borcunu Pribaltikada başa vurduqdan sonra doğma yurduna qayıtmışdır. Könüllü olaraq 1992 - ci ildə Azərbaycan ərazisinin müdafiəsinə görə Ağdərə rayonununda gedən döyüşlərə qoşulur. 1992 - ci il avqustun 2 -də Ağdərə rayonunun "Qızıl qaya" uğrunda gedən ölüm - dirim vuruşunda şəhid olmuşdur.
İftixar Tağıyev oxuduğu 26 saylı məktəbin ilk şəhid məzunu oldu. 26 saylı tam orta məktəb hal - hazırda İ.Tağıyevin adını daşıyır və məktəbdə adına "Şəhid ruhu ruhumuzdur" adlı stend düzəlmişdir.
İ.Tağıyevin adı vaxtilə oxuduğu məktəbdə əbədiləşdirilmişdir. İndi 26 saylı məktəb İ.Tağıyevin adına layiqli şagirdlər tərbiyə etməyi özünə borc bilir.