Kiçik Akademiya

"Heydər Əliyev ili"nə həsr olunmuş I Ümumşəhər konfrans22.11.2023 tarixində Xəzər rayonu Kiçik Akademiya mərkəzində - "Kiçik Akademiya" üzvlərinin "Heydər Əliyev ili"nə həsr olunmuş I Ümumşəhər konfransına hazırlıq görüşü keçirildi. Konfransda məktəbimizin IX sinif şagirdi Ələkbərov Zakir Ələkbər oğlu "Açıq eynək"adli layihəsi ilə istirak etdi. Şagirdimizin layihəsi təqdimatlar içərisində xüsusi olaraq yüksək səviyyədə qiymətləndirildi. Ümid edirik ki, dekabr ayinda keçiriləcək növbəti mərhələdə şagirdlərimiz uğur qazanacaq!

Ətraflı

" Sabahın alimləri "" Sabahın alimləri " VIII Respublika müsabiqəsinə məktəbimizin XI a sinif şagirdi Ağayev Səbuhi Ruslan oğlu özünün hazırladığı " Təmiz hava " layihəsi ilə qatılmışdır. Layihəni hazırlamaqda məqsəd zəhərli qazların ,o cümlədən dəm qazının sızıntısı nəticəsində baş verən partlayışların və boğulmaların qarşısını almaqdan ötrü sadə konstruksiyalar və asan başa gələn havalandırma sistemi yaratmaqdır. Ağayev Səbuhinin hazırladığı layihə komissiya üzvlərinin diqqətini cəlb etdi və sertifikat alaraq müsabiqənin final mərhələsinə vəsiqə qazandı.2019-cu il 12-14 fevral tarixlərində İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində şagirdimiz layihəsini qonağı olmuşdur.

Ətraflı

Kiçik AkademiyaMəktəbimizdə “Kiçik Akademiya” 2016-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində IX sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub.

Ətraflı
HAQQIMIZDA

      Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə 600...

BİZİM FƏXRLƏRİMİZ

Zəhra Nəzərova Xudaverdi

Cavid Məcidov İlqar

HAQQIMIZDA

      Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə 600...

BİZİM FƏXRLƏRİMİZ

Zəhra Nəzərova Xudaverdi

Cavid Məcidov İlqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi