HAQQIMIZDA

      Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəb 1969-cu ildən fəaliyyətə başlamışdır. 2006-cı ildə 600 yerlik və 2013-cü ildə isə 800 yerlik tədris binası tikilərək istifadəyə verilmişdir. Hazırda 2340 yerlik şagird tutumu olan , iki növbəli məktəbdə  136  sinifdə 3559 şagird təhsil alır. Onlardan 110 sinifdə 2732 nəfər şagird Azərbaycan bölməsində, 26 sinifdə 827 nəfər şagird isə rus bölməsində təhsil alır. Məktəbdə 192 nəfər müəllim çalışır. Onlardan 172 nəfəri ali, 20 nəfəri isə orta ixtisaslı müəllimlərdir. 3 nəfər müəllim “Tərəqqi" medalı ilə təltif olunmuş, 1 nəfər müəllim isə “Əməkdar müəllim” fəxri adını almışdır. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 nömrəli sərəncamı ilə “50 Ən yaxşı ümümtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi