Respublika Fənn MüsabiqəsiMəktəbimizin VIII “D” sinif şagirdi Məhərrəmli Yusif 2023-2024 tədris ilində Respublika Fənn Müsabiqəsində kimya fənni üzrə iştirak edib və finalda 93 bal yığaraq gümüş medal qazanıb. 29.11.2024-cü il tarixində şagirdimiz medal təqdimetmə mərasimində iştirak edib.
SASMO-Beynəlxalq Riyaziyyat OlimpiadasıMəktəbimizin Xl “A” sinif şagirdi Quliyev Rinad SASMO-Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medala layiq görüldü.
" Müstəqillik günü" nə həsr olunmuş Taekvondo üzrə qalibAzərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Taekvondo İdman növü üzrə EM-TK - nın təşkil etdiyi klublararası liqa döyüşlərinin sezon finalında I yerə, 18 oktyabr " Müstəqillik günü" nə həsr olunmuş Taekvondo üzrə Şəmkir rayon açıq birinciliyində I yerə layiq görüldüyünə görə məktəbimizin VI sinif şagirdi Ağa İsmayılzadə diplomlarla və medallarla təltif olunmuşdur.