Məktəbin ibtidai sinif müəllimi İsmayılova Sevda Əliyar qızı "İnkişafa aparan yol" layihəsini sinifdə tədbiq edir
Bakı şəhəri Nərimanov rayonu, Arif Vəliyev adına 258 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Sevda Əliyar qızı, rəhbərlik etdiyi 1ç sinif şagirdləri ilə birlikdə 01.11.2015-ci il tarixdən başlayaraq "İnkişafa aparan yol" başlığı altında uzunmüddətli layihə üzərində işləmişlər. Layihə Azərbaycan dili və riyaziyyat fənləri üzrə şagirdlərin hərtərəfli inkişafına yönəldilmişdir. Layəhə boyu müxtəlif istiqamətlərdə müsabiqələr təşkil olunmuş və qaliblər müəyyən edilmişdir. 31.03.2016-cı il tarixdə layihənin Azərbaycan dili ilə bağlı bölməsi artıq yekunlaşmışdır. Nəticə olaraq şagirdlər valideynlərin iştirakı iləhazırladıqları əl işlərini təqdim etmişlər. Bu mərhələdə də qaliblər müəyyənləşdirilmiş, məktəb rəhbərliyi və sinif icması tərəfindən diplomlara layiq görulmüşlər. 31.05.2016-cı il tarixdə layihəyə yekun vurulacaq.