Yeniyetmələrlə 2 aylıq qrup terapiyası

24.02.2024-23.05.2025 tarixlərində 258 saylı tam orta məktəbin psixoloqu Ş.İbrahimovanın rəhbərliyi ilə yeniyetmə şagirdlərdən ibarət qrup terapiyaları təşkil olunmuşdur. İlkin mərhələdə şagirdlər arasında Lüşer, Etkint və Ayzenk “Özünü qiymətləndirmənin yoxlanılması” metodikaları tətbiq olunmuş, testlərin nəticəsinə əsasən şagirdlər qrup terapiyasına cəlb olunmuşdur. Təşkil olunan qrup terapiyasının əsas məqsədi, şagirdlərdə mövcud yaş dövrünün gətirdiyi narahatlıq, aqressiyanın aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və özgüvənin bərpa edilməsidir. Terapiya, mediativ çalışmalar, koqnitiv davranış terapiyası və art terapiya texnikalarını əhatə etmişdir. Terapiyanın 2 ay əvvəl və sonra dinamikasını yoxlamaq məqsədi ilə təkrar test metodikaları tətbiq olunur. Terapiya müddətində valideynlər prosesə cəlb edilmişdir. Növbəti mərhələdə valideynlərlə profilaktik görüşlər təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi