Öyrənirik,öyrədirik

   ABŞ səfirliyi və Bakı Amerika Mərkəzinin birgə dəstəyi ilə 9-13 sentyabr 2019-cu il tarixlərində Amerika Mərkəzində “İngilis dili həftəsi” keçirilmişdir.

   Azərbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimləri bir araya gələrək bu tədbirdə iştirak ediblər.

   Dərslər Massaçusets Universitetinin ingilis dili mütəxəssisi doctor Stefen Sandleir və başqa spikerlər tərəfindən aparılmışdır.

   Bağlanış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri cənab Litzenberger, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, mədəniyyət işləri üzrə ataşe Riçard Pinkham və başqa qonaqlar bu tədbir münasibətilə müəllimləri təbrik etmişlər.

   Sevindirici haldır ki, həftənin fəal iştirakçılaçı arasında məktəbin ingilis dili müəllimi İlhamə Nuriyeva da vardır. İlhamə Nuriyevaya da ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Amerikan Mərkəzinin təşkilatçılığı ilə iştirak sertifikatı təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi