Əlvida, məktəb!

    Hər il olduğu kimi bu il də iiyun ayının 14-də 258№ li tam orta №məktəbdə bir canlanma, şagirdlərin simasında sevinc dolu bir nisgil hiss olunurdu. Bu il onbirincilər onlar üçün yaradılmış yeni formatda, yeni dizaynda bu günə xüsusi olaraq hazırlaşmışdılar. Şarlarla, gül-çiçəklə bəzənmiş məktəbin həyətində on bir il əvvəl kiçicik əllərindən tutub onları məktəbə gətirən valideynlər və uşaqların hər şıltaqlığına, hər dəcəlliyinə qayğıkeş bir ata-ana kimi dözən, onlara təkcə bilik verməklə kifayətlənməyib, həm də həyata hazırlayan, düzgün yol göstərən müəllimlər yığışmışdı.

    Məktəbin direktoru Sədaqət Hüseynova gələn qonaqları, valideynləri, müəllimləri, tədbirin səbəbkarlarını-məzunları salamlayaraq tədbiri açıq elan etdi. Onlara müstəqil həyat yolunda uğurlar dilədi, qeyd etdi ki, respublikamızın, prezidentimizin gənclərin dəstəyinə, birliyinə ehtiyacı var, arzu edək ki, tələbə adına layiq görülüb öz əməllərinizlə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız. Direktor imtahanda yuksək nəticə göstərmiş məktəbin üç məzununu təbrik etdi, növbəti imtahan turunda nəticələrinin daha da yuksək olmasını arzu etdi. Bugünkü gündə bu cür gözəl məkanın ərsəyə gəlməsində məktəbə dəstək verən validenlərə öz dərin minnətdarlığını bildirdi.

    Onbirincilərin və onları təbrikə gələn ibtidai sinif şagirdlərinin çıxışları-rəqs, mahnı, şeir nümunələri tamaşaçıları riqqətə gətirirdi. Gələn qonaqlardan BŞTİ-nin nümayəndəsi Nizami-Nərimanov xidmət bölməsinin müdiri Mehdiyeva Gularə, məktəb adını daşıdığı şəhid Arif Vəliyevin anası Sona Vəliyeva öz çıxışlarında məzunları təbrik etdi, onlara Arifin adına layiq övlad olmağı tövsiyə  etdilər. Valideynlərdən M.Zeynalova, V Hüseynov çıxış edərək təhsil ocağında yaratdıqları lazimi şəraitə, ciddi nəzarətə, nizam-intizama, şagirdlərə göstərdikləri qayğıya, verdikləri keyfiyyətli təhsilə görə məktəb rəhbərliyinə, müəllimlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi