1 İyun- Uşaqların Beynəlxalq Müdafəsi Günüdür

    30 may 2019-cu il tarixdə A.Vəliyev adına 258 №li tam orta məktəbdə OCEP-2019 festivalının başlanmasına "50 gün qaldı" və "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür "mövzularını əhatə edən möhtəşəm bir tədbir keçirildi. Tədbirdə ilk olaraq məktəbin direktoru Sədaqət xanım çıxış edərək uşaqları tebrik etdi, təşkilatçı müəllimlərə və valideyinlərə minnətdarlığını bildirdi. O bildirdi ki, dünyanın bütün uşaqları eyni dildə danışır, eyni gülür və birlikdə sülh istəyi ilə yaşayırlar. Direktor onu da qeyd etdi ki, Prezident İlham Əliyev daim uşaqların sağlam və firavan böyüməsini dəstəkləyib, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir.   

    Tədbirdə uşaqlar OCEP sözünü yazmaqla Olimpiya Mədəniyyət və Təhsil Proqramı şuarını iki dildə səsləndirdilər. Müxtəlif rəqslər ifa edərək idman nömrələri göstərdilər. 

    Bayramınız mübarək olsun əziz balalar! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi