Məktəb-Valideyn-Şagird münasibətləri
Cəmiyyətin tələblərinə uyğun vətəndaş yetişdirmək baxımından vətəndaşın təkcə təhsil deyil, həm də düzgün tərbiyəsi məktəbin, müəllimin ümdə vəzifələrindən, məsuliyyətli işinin bir hissəsidir. Məktəb-müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltməkdə də müəllimin peşəkarlığının göstəricisidir.
23.05.2019-cu ildə məktəbə yenidən ziyarətə gələn valideynlər akt zalına dəvət olundu, məktəbin direktoru S.Hüseynova yenidən onlara xatırlatdı ki, hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu üçbucağın özlüyündə bütün tərəflərinin yerində olması zəruridir, valideyn-məktəb münasibətləri hazırda daha həssas tərəfdir. Hətta müəyyən mənada, ən vacib tərəfdir, çünki müasir qloballaşma şəraitində, elektron informasiya axınının insanların həyatına icazəsiz müdaxilə etdiyi bir zamanda bu münasibətlər daha vacib əhəmiyyət kəsb edir.
Keçən dəfə olduğu kimi bu dəfə də valideynlər həm ibtidai, həm yuxarı siniflərdə dərs prosesini izlədilər. Müəllimlərin onların övladlarına verdikləri təhsili, göstərdikləri qayğını gördükcə sevinir, şagirdlərin tapşırıqlarını, təqdimatlarını izlədikcə, fikirlərini dinlədikcə təhsil ocağındakı tədrisin keyfiyyətinin canlı şahidi olaraq dəyərləndirə bilirdilər.