Dünyamız bir,arzumuz bir

    Uşaqların Olimpiya hərəkatını, mədəniyyətini və ona bağlı olan idmanı bir araya gətirib təhsillə irəliləməsini necə anlamalarını öyrənmək, bir-biri ilə necə bölüşmələrinin şahidi olmaq məqsədilə OCEP-2019 layihəsi çərçivəsini əhatə edən “Dünyamız bir, arzumuz bir” adlı tədbir 29.04.2019-cu il tarixdə keçirildi. Bundan əvvəl məktəbin təsviri incəsənət müəllimi Musayeva Nərgizin rəhbərliyi ilə 50-yə yaxın "İdman, sağlamlıq, dostluq, birlik" mövzusunuda çəkdikləri rəsimləri ilə müsabiqədə iştirak etmiş şagirdlər OCEP-2019 layihəsinin sertifikatları ilə təltif olundular. 

    Bu dəfə onları qələmlə deyil, tabaşirlə sınadıq. Məktəbin musiqi müəllimi Xalis Osmanovun yaratdığı xor vasitəsilə həmyaşıdlarının onlara hədiyyə etdikləri musiqi sədaları altında öz xəyal və düşüncələrini asfalt üstündə çizməyə başladılar. İlk olaraq onlar öz çəkilişlərinə OCEP-2019 sözünü yazmaqla start verdilər. Onlar azadlıq rəmzləri saydıqları günəşi,sülh rəmzi olan göyərçini, Olimpiya halqalarını, xoşbəxt uşaqları, bayraqların əksini yerdə canlandırdılar. Fiziki tərbiyə müəllimi Məlahət Tağıyevanın təşkilatçılığı ilə təşkil edilən tədbir gözəl əhvali-ruhiyyədə olduqca maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi