Zəhmətlə ucalır insan

    Şagirdləri əməyə alışdırmaq, əməksevərlik qabiliyyətini inkişaf etdirmək məqsədilə 4“d” və 4”j” siniflərinin rəhbərləri Həyat Feyzullayeva, Münəvvər Mahmudovanın rəhbərliyi ilə hazırlanmış layihədə şagirdlər müxtəlif tədqiqatlar apardılar. Müxtəlif sənət-peşə sahibləri ilə görüşən şagirdlər anladılar ki, zəhmətkeş insan üzərinə düşən işi yerinə yetirmək üçün zəhmət çəkməli, böyük əmək sərf etməlidir. Ona görə də hər kəs bacardığı işlə məşğul olmalıdır. Müəllimin zəhməti yetişdirdiyi şagirddə, həkimin zəhməti sağaltdığı xəstədə, dərzinin əməyi tikdiyi paltarın kiminsə əynində gözəl görünməsində, bərbərin işi yaratdığı gözəllikdə görünür. Onlar çəkdiyi zəhmətdən yorulmur, məsuliyyət hissi keçirirlər. Doğrudan da əmək-zəhmət insanı ucaldır. Zəhmət, ağıl və bəxt birləşəndə insan da xoşbəxt olur. 

    Tədbirin sonunda məktəbin direktoru Sədaqət Hüseynova şagirdlərin tədqiqatlarının onlar üçün gələcəkdə ixtisas, sənət-peşə seçimində nə qədər önəmli olduğunu vurğuladı və onu da qeyd etdi ki, hansı sənətdə olursunuzsa  olun, uğur əldə etmək üçün əziyyətə qatlaşmalı, gələcəkdə hansı sahədə çalışsanız məsuliyyətli, zəhmətkeş, əməksevər olmalısınız ki, xalqın qəlbində özünüzə yer tuta biləsiniz. Ona görə indidən yaxşı çalışmalı, bütün fənləri sevə-sevə oxumalısınız.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi