Tanıyaq və tanıdaq

    "Olimpiya mədəniyyəti və təhsil" konsepsiyasına böyük məsuliyyətlə yanaşaraq müəllim və şagirdlərdən ibarət heyəti "Kirxa" kimi tanınan Lüteran Xilaskar kilsəsinə ekskursiyanı təşkil etdik. Burada şagirdlər Almaniya və Azərbaycan himnlərini xor vasitəsilə səsləndirdilər. Məktəbdə mütəmadi olaraq rəsm müsabiqələri və bilik yarışmaları da təşkil olunur.

    Bundan başqa 43 il Almaniyada yaşayan və orada özünü peşəkar mühəndis kimi tanıdan, “Alternativ enerji” və o cümlədən “Külək enerji” sindən səmərəli istifadənin yolları sahəsində böyük layihələrin yaradıcısı, böyük iş adamı, azərbaycanlı Paşa Nağıyev və alman xanımı Frau doktor İnneslə məktəbin qonağı oldular. Məktəb rəhbərliyi və bir qrup müəllim heyəti ilə keçirilən görüşdə əsas məqsəd qonaqlarımızı daha yaxından tanımaq, Almaniyanın adət-ənənələri,tarix və idman hadisələri,mənəvi dəyərləri və mədəniyyəti haqqında ətraflı məlumat almaq, bütün bunları məktəb tədbirlərində əks etdirmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi