“Olimpia mədəniyyəti və təhsil” proqramı çərçivəsində Almaniya ilə tanışlıq

    Martın 15-də məktəbdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində silsilə keçirilən tədbirlərin siyahısına yeni bir tədbir əlavə olundu. Məktəbin fiziki-tərbiyə müəllimi Məlahət Tağıyevanın təşəbbüsü ilə bədən tərbiyəsi və idman təlimi üzrə intelektual bilik yarışması keçirildi. Tədbir bilik yarışması olmaqla yanaşı, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və istedadlı şagirdlərin üzə çıxarılması əhəmiyyətini daşıyırdı. Məlahət müəllimənin hazırladığı suallar Olimpiya oyunlarının yaranma tarixi və qardaşlaşdığımız ölkə  olan Almaniya ilə bağlı idi. Almaniyanın milli geyimləri rəqsləri, ölkəyə aid rəsmlər şagirdlər tərəfindən nümayiş etdirildi. Fərqlənən komandalar I, II, III dərəcəli diplomlarla təltif edildi. I yer tutan komandaya qələbə kuboku təqdim edildi. Tədbir yüksək səviyyədə keçirildi və qoyulmuş məqsədə nail olundu. Şagirdlərimiz Alman mədəniyyəti, incəsənəti, tarixi ilə yaxından tanış oldular, onları maraqlandıran suallara cavab tapdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi