Daim yenilik və öyrənmək həvəsində
Məktəbin coğrafiya muəllimi E.Dadaşovanın rəhbərliyi ilə ingilis dili müəllimləri N.Həsənova, R.Səfərova və 8"d" sinif şagirdlərinin hazırladıqları yeni bir layihənin təqdimatı olundu. Hazırlanan bütün layihələr kimi bu layihədə də şagirdlərin apardıqları maraqlı araşdırmalar öz nəticəsini verdi. “Azərbaycan Respublikasının ekoloji vəziyyəti və turizm-istirahət resursları” adlı bu layihə həm rus,həm də ingilis dillərində hazırlanmışdı. Azərbaycana təşrif gətirən turistlərə doğma yurdumuzu necə tanıtmağı, bu təqdimatın beynəlxalq dillərdə daha önəmli olduğunu şagirdlər anladığından ölkəmizin zənginliklərini incəliklərinə qədər apardıqları tədqiqatı təfsilatı ilə təqdim edirdilər.
Təqdimat üçün materialın axtarışı, çeşidlənməsi və işlənməsi şagirdlərə çox şey öyrətdi.Məsələn, onlar ətraf mühitin çirklənməsinin səbəblərini öyrənmiş və keçmişlə müqayisədə təbiəti qorumaq üçün tədbirlər görmüş, kompyuter avadanlıqlarından istifadə etmiş, Power Point proqramları ilə yaxşı işləməyi və nəhayət, video və təqdimatların necə yaradılacağını öyrənmişlər. Layihənin hazırlanması hər bir şagirdin yaradıcılıq qabiliyyətini inkişaf etdirirdi.