Beynəlxalq “eTwinning məktəbi” adına layiq görüldük

    Müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında "eTwinning Plus” layihəsi xüsusi rol oynayır. Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. 

   Məktəbin muəllimlərindən S.Rüstəmova, İ.Nuriyeva, M.Tağıyeva bu layihəyə qoşularaq  məktəbə 2018-1019-cu il “eTwinning məktəbi” adını qazandırdılar.

   Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaq olduğundan məktəbin digər muəllim və şagirdləri məmnunluqla bu layihədə iştirak etmək  arzusundadırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi