“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində tədbirlərə start verildi
Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilən “Olimpiya mədəniyyəti və təhsil” proqramının hədəf məktəblərindən biri kimi şagirdlərin bu layihədə yaxından iştirakını təmin etmək məqsədilə 5 mart-Bədən Tərbiyəsi və İdman Gününü təntənəli qeyd etdik. Tədbirin təşkilatçısı məktəbin fiziki-tərbiyə müəllimi M.Tağıyevanın məqsədi məktəbin fəxrlərini, idmançı şagirdlərini-kikboksinq idman növü üzrə üçqat Dünya çempionu Fətəli İsmayılovu, stolüstü tennis idman növü üzrə Avropa çempionu Nəzakət Qarayevanı, bu idman növü uzrə bir çox uğurlar əldə edən Sadıx Sadıxovu və karate idman növü üzrə Əsəd Qurbanlını, bir çox digər idmançılarımızı tanıtmaq, onların uğurlarını qiymətləndirmək və şagirdlərdə idmana olan marağı artırmaq idi.