Cəmiyyət və elmi-texniki inkişaf

    Keyfiyyət ilinin davamı olaraq fənlərin tədrisi keyfiyyətinin artırılması, müəllimlərin gündəlik fəaliyyətinə yaradıcı yanaşmalarının təmin olunması, şagirdlərin təlimə marağının yüksəldilməsi, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, təlim prosesində öyrədənlərin, öyrənənlərin məsuliyyətinin artırılması məqsədi ilə məktəbin rəhbəri S.Hüseynovanın təşəbbüsü ilə ilboyu hazırlanmış silsilə layihələr davam edir. Layihələr müxtəlif mövzuları əhatə edir. 

   S.Məmmədova, T.Məmmədzadə, S.Rüstəmovanın təşkilatçılığı və 6-cı sinif şagirdlərinin iştirakı ilə hazırlanmış “Cəmiyyət və elmi texniki inkişaf “ adlı layihədə şagirdlər tərəfindən aparılan təhqiqatlar müxtəlif sahələri əhatə etmişdir. ”Tıxac və onun aradan qaldırılması yolları”, Fövqəladə hallar zamanı yanğın, qəza və digər yeni maşınların ixtirası”, ”Telefon və onun istifadəsində mənfi və müsbət xüsusiyyətlər” və digər məsələlərin həlli yollarını tapmağa çalışan şagirdlər müxtəlif təkliflər irəli sürürdülər. Məsələn, Məmmədzadə Əli, Həsənova Gülarə tıxac zamanı yeni elektrikli maşınlardan istifadənin əlverişli olması və yaxud Qələmli Səlma,İbrahimli Eminin telefonla 15 dəqiqədən artıq danışarkən xəbərdarlıq sms-nin gəlməsi təklifləri şagirdlərin və qonaqların marağına səbəb oldu. Bu kimi layihələrin keçirilməsi şagirdlərin intelekt səviyyələrinin yüksəldilməsinə və onların təhqiqataparma vərdişlərinin inkişafına xidmən edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi