Xocalı,bu qan yerdə qalmaz!
27 ildir ki, Azərbaycan xalqı öz ərazisində vəhşiliyə məruz qalmış Xocalı sakinlərinə yas saxlayır.
Bu gün şagirdlərimizin söylədikləri şeirlərdə, oxuduqları mahnılarda qəlbləri damğalamış bu ağrının millətimizin tarixinin qara səhifəsi olduğu duyulurdu.
Şəhəri işğal edənlər nə uşağa, nə qocaya, nə cavana rəhm etmirdilər. Artıq neçə on illərdir ki, yer üzündə erməni vəhşiliyi və erməni vandallığı öz cinayətlərini davam etdirir. Onların cinayətlərini yalnız faşistlərin cinayətləri ilə müqayisə etmək olar. Xocalı şəhəri bizim millətimizin xatirəsində bir qara yara olaraq qalacaqdır. Qəlbləri damğalamış bu ağrının intiqamı hələ də alınmamışdır. Hər il Xocalı faciəsini yad edən millət, bir daha öz-özünə demək istəyir ki,"Ey millət,daha icazə vermə ki, amansız düşmən belə faciə törətsin!". Xocalı faciəsi bizim millətin tarixinin qara səhifəsi olaraq, millətin özünü dərk etməsində xüsusi rol oynayır.
Allah Xocalı şəhidlərinə rəhmət eləsin!