Şəhidlər ölməz,vətən bölünməz

    Şəhid Arif Vəliyevin Vətənimiz uğrunda canından keçməsindən artıq 25 il keçir. Bu il də həmişə olduğu kimi Arifin keçdiyi şərəfli yol şagirdlərimizin ifa etdikləri şeirlərdə, musiqidə, mahnıda, hazırladıqları kompozisiyada dolğun şəkildə ifadəsini tapdı. Tədbirdə iştirak edən qonaqlar şagirdlərin ürəkdolu çıxışlarına maraqla baxır, həyəcanlı çıxışlar onları kövrəltsə də, onlardakı Vətənə sonsuz məhəbbət urəkləri riqqətə gətirirdi.

    Sonda tədbirin təşkilatçısı Gülzar Əliyeva sözü məktəbin direktoru S.Hüseynovaya verdi. S.Hüseynova çıxışında millət vəkili Adil Əliyevə, BŞTİ-nin nümayəndəsi Rəhman Baxşəliyevə, Nəsimi Rayon Ahıllar Şurasının sədri Zərifə xanım Quliyevaya və digər qonaqlara öz dəyərli vaxtlarını ayırıb bu tədbirdə iştirak etdikləri üçün  təşəkkürünü bildirdı. S.Hüseynova qeyd etdi ki, cənab prezidentimizin də xüsusi önəm verdiyi məsələ, yəni  təhsil ocaqlarında daim şagirdlərdə vətənə, torpağa məhəbbət, sevgi hislərini aşılamaq, onların sağlam düşüncəli, vətənpərvər ruhlu böyüməsi üçün bu cür tədbirlərin keçirilməsi çox vacibdir, Sona Ana Arifi itirdi, ancaq bu məktəbdə minlərlə Arif kimi oğullar, nəvələr qazandı.

    Millət vəkili Adil Əliyev, Rəhman Baxşəliyev, aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Mehman Mirzəyevin atası Sabir Mirzəyev də öz çıxışlarında Sona Ananın timsalında bütün şəhid anaların qarşısında baş əydiklərini söylədilər, şagirdlərimizə daim bu ruhda davam etməyi, Azərbaycanın parlaq gələcəyi naminə, ”mən prinsipi ilə deyil, biz prinsipi ilə yaşamağı” tövsiyə edərək, tədbirin təşkilatçılarına, iştirakçılarına təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi