Sağlam onurğa - sağlam insan deməkdir
Son illər məktəblilər arasında skoliozun geniş yayılması bizi də çox narahat etdiyindən həm şagirdlər, həm də valideynlərlə bu barədə maarifləndirici söhbət aparmağı vacib hesab etdik. Bu baxımdan məktəb rəhbərliyinin iştirakı ilə valideynlər və şagirdlərlə görüş məktəbin akt zalında təşkil olundu. Görüşüdə iştirak edən məktəbin fiziki tərbiyə müəllimi M.Tağıyeva bu xəstəliyin yaranma səbəbinin cox zaman şagirdlərin ev tapşırıqlarını yerinə yetirərkən, kompyuter arxasında olarkən uzun müddət oturaq vəziyyətdə keçirdiklərindən irəli gəldiyini söylədi. Nəticədə bel əzələləri düzgün formalaşmır, skolioz, kifoz kimi qamət pozulması baş verir. Bəs bu xəstəliyi hansı yollarla aradan qaldırmaq olar? Yaranan bu kimi suallara cavab olaraq bildirildi ki, skoliozda əyilmiş onurğa şöbələrini normalllaşdırmaq, qısalan və zəif qalan əzələ qruplarını aktivləşdirmək və ağciyərlərin nəfəs alib-vermə həcmini qorumaq məqsədilə idmanlar icra olunmalıdır.
Görüşün sonunda məktəbin direktoru M.Tağıyevanın sözlərinə qüvvət olaraq bildirdi ki, məktəbdə keçirilən fiziki tərbiyə dərslərində icra olunan idman növləri skolioz zamanı tövsiyə olunan ən faydalı üsuldur. Bir çox valideynlərin "zamanla skolioz düzələr" deyə problemi ciddiyə almaması sonrakı fəsadlara yol açır. Məktəbin direktoru onu da vurğuladı ki, uşaqların düzgün fiziki inkişafı cox vacibdir: ”Onlar təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir. Unutmayın, "sağlam onurğa - sağlam insan deməkdir".