Olimpiya oyunları dostluq, qardaşlıq, sülh rəmzidir
Hazırda dünyada ən böyük idman yarışları hesab olunan Olimpiya oyunlarının əsasında dostluq, qardaşlıq, xalqlar arasında əməkdaşlıq ideyası dayanır. Bütün bunları, yəni Olimpiya oyunlarının yaranma tarixini, təşəbbüskarlarını tanıtmaq məqsədilə məktəbimizin fiziki tərbiyə müəllimi Tağıyeva Məlahət akt zalında 5-ci sinif şagirdlərinə muxtəlif sənədli filmlər izlədərək dəyərli məlumatlar verir, onların biliklərini möhkəmləndirmək məqsədilə sual-cavab edirdi.
Bununla yanaşı, müəllim Azərbaycanın da Beynəlxalq Olimpiya hərəkatında fəal iştirak etdiyini və ilk dəfə 1952- ci ildə güləşçi Rəşid Məmmədbəyovun Helsinki Olimpiadasında qazandığı gümüş medalla bu oyunun ilk uğuruna imza atdığını şagirdlərin nəzərinə çatdırdı.