Ulu öndərsiz 15 il
Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərimiz Heydər Əliyevin vəfatından 15 il keçir. Şagirdlərimiz hər il olduğu kimi tarixi şəxsiyyətin işini, əməlini misra-misra özündə əks etdirən şer parçalarını ucadan, həvəslə söyləyir, onu Azərbaycan deyilən bir zirvənin məğrur qartalına bənzətdikcə onların gözlərində sanki bir günəş parlayır. Bu parlaq günəşin Azərbaycanın üzərində daim parlayacığına, yolumuzu nura qərq edəcəyinə əmin olan xalqımız “Xalq-Heydər-Heydər-xalq” deyimini dilbər əzbəri etmişdir.
Bu Vətənə xidmətində ,
Bu millətə hörmətində ,
Bu dövlətin qüdrətində
Yaşayır Heydər babamız!
Əməli zəfər babamız!