Beynəlxalq Öyrənmə Konfransında

    Artıq bir neçə ildir ki, yenilikləri öyrənmək, məktəbimizdə tətbiq etmək məqsədilə məktəb rəhbərliyi və bir neçə müəllim heyəti beynəlxalq konfranslarda məmuniyyətlə iştirak edirlər.

      Bu il də 2018-ci  il 16-17 noyabr tarixlərində keçirilən 3-cü Beynəlxalq Öyrənmə konfransında “Öyrənmənin qiymətləndirilməsi” və 18 noyabr 2018-ci il tarixində konfrans sonrası “Master klass” seminarları da cox yadda qalan oldu. Konfransda mövzu ”Öyrənmənin qiymətləndirilməsi” idi. Konfrans zamanı qiymətləndirilmənin əsas prinsipləri, formativ qiymətləndirmə, yəni “öyrənmək üçün qiymətləndirmə”dən və qiymətləndirməyə nəzərən tədrisin necə təşkilindən danışıldı.

     Konfransda beynəlxalq məruzəçilər Endi Qrifit, Stiven Koks, Ket Syuel çıxış etdilər. Konfransda  əhatə edilən “Fərdi öyrənmə mühitinin yaranması üçün strategiyalar”,” Yenilənmiş qiymətləndirmə”,” Şagird ehtiyacına cavab verən öyrənmənin qiymətləndirilməsi”,” Müstəqil öyrənənlər yetişdirmək üçün strategiyalar” ,” Öyrənmə və əməkdaşlığı inkişaf etdirən təlim mühitinin təşkili”,   ”Formativ qiymətləndirmənin praktikada  reallaşdırılması“, ”Azərbaycan məktəblərindəki problemlər və onların həlli yolları” bütün bu mövzulara istinad edərək  məktəbimizdə aparılan işlər,həqiqətən də, dövrün tələbatına cavab verən bir sistemin yaranmasında böyük rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi