Kitablar-bəşəriyyətin silinməz kağız yaddaşıdır
Həqiqətən də, inkar etmək olmaz ki, kompyuter texnikası artıq gündəlik həyatımızıın ayrılmaz tərkib hissələrindən birinə çevrilsə də,həyatımızı yenə də kitablarsız təsəvvür etmək mümkün deyil. Müəllimlərimiz şagirdlərimizin kitaba olan sevgisini daima artırır,mütaliəni təbliğ edir,asudə vaxtlarını kitabxanada keçirməyi tövsiyə edirlər.
Məktəbimizin zəngin kitabxanasının olması şagirdlərimizi daha da ruhlandırır,kitabxanada yaradılmış əlverişli mühit ,rahat oxu zalı onların mütaliəyə olan maraqlarını daha da artırır.Kitabxanamızda yerləşən ulu öndərin zəngin bədii irsi, yazıçılarımızın maraqlı əsərləri,elmi və dövri ədəbiyyat ,xarici ədəbiyyat, gündəlik qəzet və jurnallar oxucuların ixtiyarındadır.Oxucularımızın hər bir istəyinə cavab verən,kitabları,məlumatları tapmaqda onlara kömək edən hər iki kitabxanaçı şagirdlərimizin maraq dairələri ilə yaxından tanış olurlar. Bu baxımdan kitabxana müdiri Quliyeva Mehriban”Kim daha şox mütaliə edir”,”Ən yaxşı oxucu”müsabiqələrində ,hazırladığımız tədbirlərdə bədii qiraətlə məşğul olan, xüsusi şeir demək bacarığı olan ,ümumiyyətlə, istedadlı şagirdlərin üzə çıxarılmasında müəllimlərimizə yaxından kömək edir.Təsadüfi deyildir ki,Quliyeva Mehriban bu yaxınlarda “Beynəlxalq Məktəb Kitabxanaları Günü “nə həsr edilmiş tədbirdə fəal iştirak etdiyi üçün Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən təşəkkürnamə almışdır.