100 yaşın mübarək, əziz Bayrağım!
Bugünkü mustəqilliyimizi bizə bəxş edən ümummilli liderimiz Heydər Əliyev dövlət müstəqilliyimizin atributları ,xüsusən də,dövlət rəmzlərinin öyrədilməsi məsələlərinə toxunaraq qeyd edirdi ki,vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır.Bu rəmzlərin təbliğ edilməsi hər bir Azərbaycan vətəndaşında-uşaqlarda,yeniyetmələrdə,gənc və yaşlılarda vətənpərvərlik ruhunun,vətənə sevgi və məhəbbət hisslərinin möhkəmləndirilməsinə xidmət edir.Bu baxımdan məktəbimizin kitabxana müdiri M.Quliyevanın təşkilatçılığı ilə 9-10-cu sinif şagirdləri Ləman,Nigar,Eltac,Elnur və Rəvanın 9 Noyabr -Dövlət Bayrağı Günü münasibətilə hazırladıqları “100 yaşın mübarək ,əziz Bayrağım!” adlı tədbirdə həm onların ,həm də balaca vətənpərvərlərin söylədikləri şeir nümunələri,oxuduqları mahnılar ,çəkdikləri şəkillər müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağımıza dərin hörmət,yüksək vətənpərvərlik duyğuları aşılayır.
Tədbirin sonunda məktəbin direktoru S.Hüseynova öz çıxışında müstəqil yaşamaq ,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusu olduğunu söyləmiş və Azərbaycan xalqının da hər zaman bu istəklə yaşadığını , nəhayət , buna ulu öndərin uzaqgörən siyasəti sayəsində nail olduğumuzu bildirir və müstəqilliyimizin rəmzlərini hər zaman müqəddəs tutmağı şagirdlərimizə tövsiyə edir.